Ərdoğan mətbuat konfransında fransız müxbirin “ağzından vurdu”

  • 12.01.2018
  • 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada Emmanuel Makron ilə birlikdə keçirilən mətbuat konfransında fransız müxbirin sualına necə lazımdır cavab verib. “A24.az” bildirir ki, fransız müxbir MİT tırları ilə bağlı yayılan xəbərləri xatırladaraq, Türkiyənin terror təşkilatlarına silah yardımı etdiyini ittiham edən bir dillə soruşması Ərdoğanı özündən çıxarıb. Daha sonra müxbir “Suriyada savaşan şəxslərə bu qədər silah gördərdiyiniz üçün peşmansınızmı?” sualına Ərdoğan “ Suriyaya kim silah göndərib? Sualınızı anlamadım. FETÖ ağzı ilə danışırsınız. Müxbir kimi deyil, tam olaraq FETÖ-çü kimi danışırsınız. O əməliyyatı edənlər FETÖ-nün adamları idi, indi isə onlar həbsdədirlər. Sən mənə bu sualı verirsən, amma ABŞ-ın Suriyaya göndərdiyi 4 min TIR silahları niyə soruşmursan? Müxbirsən, bunları niyə bilmirsən?” deyə cavab verib.

Nə düşünürsən?