Azərbaycanlı axunddan biabırçılıq: İmam Hüseyn ana südü yeməyib, Peyğəmbərin barmağını, dilini əmib

  • 12.01.2018
  • 0

Azərbaycanlı axund daha bir səhvi ilə gündəmə düşüb. A24.az bildirir ki, Mingəçevirdə yerləşən Heydər məscidinin axundu Hacı Ələmdar çıxışı zamanı peyğəmbər adına uydurulmuş hədisləri ona yaraşdırmaqdan çəkinməyib. Belə ki, çıxışı zamanı bildirib ki, İmam Hüseyn ana südü yedəmədiyi üçün peyğəmbər onu qidalandırıb. Qidalandırmaq üçün baş barmağını İmam Hüseynin ağzına salardı və beləliklə onu əmizdirərdi. Başqa bir hədislərə görə isə öz dilini İmam Hüseynin ağzına salaraq qidalandırıb. Peyğəmbər adına yüzlərlə alçaldıcı hədislər uydurulduğu məlum olsa da, axundu Hacı Ələmdar bunu səsləndirməkdən çəkinməyib. Allah isə Quranda Muhamməd peyğəmbər haqqında bunu deyir: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən.” (Qələm surəsi, 4 ) Bu ayəyə rəğmən Hacı Ələmdar peyğəmbəri əxlaqdan kənar göstərmiş və pedofil bir insanın xüsusiyyətlərini peyğəmbərə yükləmə çalışmışdır. Qeyd edək ki, sözü gedən şəxs bir müddət əvvəl “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikri ilə gündəmə gəlmişdi.

Nə düşünürsən?