Gəncədə arvadı ilə küsən kişi özünü binadan atmaq istədi

12.01.2018 | 41 | 0

Gəncə şəhərində orta yaşlı kişi 9 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib. “Report”un Qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və polis əməkdaşları intihara cəhdin qeydə alındığı Yeni Gəncə qəsəbəsi, bina 19 ünvanına cəlb olunub. Nəticədə İsgəndər adlı, təqribən, 30 yaşlı kişi xilas edilib.

Nə düşünürsən?