Tovuzda saxta duzlar aşkarlanaraq satışdan çıxarılıb - [www.OTV.az]

  • 11.01.2018
  • 0

Tovuzda saxta duzlar aşkarlanaraq satışdan çıxarılıb. Azad İstehlakçılar İctimai Birliyinin Tovuz rayon nümayəndəliyinin əməkdaşları, istehlakçılar və rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə mağalazarda reyd keçirilib. Aparılan reyd zamanı Tovuz rayonunun Nəsimi ticarət mərkəzində və rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən bir neçə mağazada Ukrayna duzu adı altında qablaşdırılmış saxta duzlar aşkarlanaraq analiz edilib. Reyd zamanı bir gün ərzində 800 ədəd saxta, yodlaşdırılmamış duz aşkarlanıb. Bu barədə Azad İstehlakçılar İctimai Birliyinin Tovuz rayon nümayəndəliyinin sədri Elxan İbrahimov məlumat verib. Ukrayna duzu adı altında satılan saxta duzlar, yodsuz olduğundan insan orqanizmi üçün hədsiz dərəcədə zərərlidir və həmin duzdan mütəmadi istifadə etdikdə böyük fəsadlarla qarşılaşmaq olar. Qeyd edək ki, Azad İstehlakçılar İctimai Birliyinin tərəfindən reydlər davam etdiriləcək.