Metronun “ULDUZ” stansiyasında intihar hadisəsi baş verib - [www.OTV.az]

  • 11.01.2018
  • 0

Bu gün gecə saatlarında Bakı metrosunda şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc özünü qatarın altına atıb. Hadisə ilə bağlı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib. O bildirib ki, intihar edən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. SİNXRON NƏSİMİ PAŞAYEV Metropolitenin mətbuat xidmətinin rəhbəri Sözügedən məsələ ilə bağlı, psixoloq Aytən Ələkbərova bildirir ki, intiharların ən azından bir qisminin qarşısını almaq məqsədilə bir sıra tədbirlər görülməlidir. Bu cür halların artmasını ,psixoloq, əhali arasında yetərincə maarifləndirmə işlərinin aparılmaması ilə əlaqələndirir SİNXRON AYTƏN ƏLƏKBƏROVA psixoloq Odur ki, hər kəs həyatının qədrin bilməlidir. Çünkl bu şans bizə bir dəfə verilir. Bilmək lazımdır ki , intihar etmək problemdən yaxa qurtarmaq deyil. İLHAMƏ KƏLIYEVA İBRAHİM SƏMƏDZADƏ OTV

Nə düşünürsən?