Qışda maşının mühərriyini QIZDIRMAYIN!

  • 10.01.2018
  • 0

Avtomobil eksperti Ceyson Fenske qışda maşını qızdırmağın zərərini açıqlayıb. O, bu ideyalarını özünün NouTube kanalı olan Engineering Explained-də izah edib. Fenske bildirir ki, avtomobillərin əksəriyytəi injektor sistemi ilə təchiz olunub. Bu da asta sürmə zamanı mühərriyin təhlükəsiz qızdırılmasına kömək edir. İnjektor sistemi sıfırdan aşağı temperaturlarla başa çıxa bilir. Bu da onu ötən əsrdə istifadə olunan karbüratorlardan fərqləndirir, hansı ki, qışda onları startdan əvvəl bir müddət qızdırmaq lazım idi. Bundan başqa, maşın hərəkətsiz dayanmaya nisbətdə gedərkən daha tez qızır. Fenske iddia edir ki, hərəkət halı olmadan mühərriyin qızdırılması zamanı benzin maşın yağına qarışa, beləliklə də mühərriyin aşınmasını sürətləndirə bilər. Qeyd edək ki, bundan əvvəl də ekspertlər müasir maşınların qışda yola düşməzdən əvvəl qızdırılmasının əleyhinə çıxış etmişdilər. Bildirilirdi ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edirik. Eksperimentlər zamanı aydın olub ki, 5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırır. Mühərrikin həcmi böyük olduqca yanacağın boş yerə israfı da artır. Əlavə xərclərdən başqa, maşının qızdırılması həmçinin atmosferə zərərli tullantıların atılmasını artırır.

Nə düşünürsən?