80 yaşlı qocadan DƏHŞƏTLİ CİNAYƏT: 78 yaşlı arvadını ...

  • 08.01.2018
  • 0

Türkiyənin Biləcik rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Bilecik rayonunun Bozyürük adlanan bölgəsində yaşayan 80 yaşlı F.Mehmet 2 yaş özündən kiçik həyat yoldaşı F.Zeynəblə mübahisə edib. Cütlük mübahisə zamanı əsəblərinə hakim ola bilməyib. F.Mehmet mətbəxdən balta götürüb və qadının başına bir neçə dəfə zərbə endirib. Qadının yerdə hərəkətsiz qaldığını görən kişi, tez polisə xəbər verib. Polislər hadisə yerinə gələndə qadın artıq ölmüşdü. 80 yaşlı kişi həbs edilib. Hadisənin hansı səbəbdən törədildiyi isə açıqlanmır.