Bakıda məmur polisə zor yaşadıb: Əvvəl qaçıb, sonra hücum edib

Criminal.az
15.1K baxış
Like0 Dislike0

Yüksək vəzifəli dövlət işçisi sərxoş vəziyyətdə yol polisinə zor anlar yaşadıb. Criminal.az saytına daxil olan məlumata görə, insanlardan qanun tələb edən vergi məmuru özünün qanunsuz hərəkəti görüntülənib. Hadisə bir neçə ay əvvəl Bakı şəhərində yol polisinin keçirdiyi reyd zamanı baş verib. Yol polisi Səbail rayonu ərazisində reyd keçirən zaman ''Mercedes'' markalı avtomobilin sürücüsü ''Saxla'' əmrə tabe olmayaraq ərazidən yayınmaq istəyib. Yol polisi həmin sürücünü yaşadığı ünvana qədər təqidb edib. Hadisənin necə baş verməsi videoda əks olunub. Həmin sücücü Xamis Seyranovdur. O, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin Hüquq İdarəsində şöbə rəisidir.


Paylaş:

Keçİd:

Yerləşdİrmə kodu: