Zabrat qəsəbəsindəki yeraltı tunelin faydası

  • 19.02.2021
  • 0

Yeni tunelin inşası baş verə biləcək qəzaların qarşısını alacaq
Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu tunel eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq.

Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu.

Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Tuneldə iki istinad divarı inşa olunub. 900 paqonmetr yeni avtomobil yolu çəkilib.

Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.

Nə düşünürsən?