Yük maşınlarına baxış keçirilir

  • 02.06.2021
  • 0

Yükdaşıma qaydalarını və avtomobili normadan artıq yükləyən sürücülərə qarşı yoxlamalar aparılır.

Bu məqsədlə avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Avtomobil Yolları Dövlət Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə tədbir görür.

Məlumat verildiyi kimi bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.

Son 10 güNdə yükdaşıma qaydalarının pozulmasına görə 163 protokol tərtib olunub.

Agentlik bildirir ki, avtomolbili həddən artıq yükləyərək yol infrastrujturuna ziyan vyuuran və digər hərəkət iştirakçıalrl üçün təhlükəli vəziyyət ayardan sürücülürəə qarşı belə tədbirlər davam etdiriləcək.

REAL

Nə düşünürsən?