Yol polisi buna görə cərimələr yazmağa başladı

  • 22.05.2021
  • 0

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardan atmosferə atılan zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Nə düşünürsən?