Sərxoş halda avtobus sürən sürücü tutuldu: "Eləmişəm də"

  • 04.03.2021
  • 0

Bu gün Binəqədi rayonu ərazisində sərxoş vəziyyətdə avtobus idarə edən sürücü saxlanılıb.

BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi rayon DYPŞ-nin əməkdaşları avtobusun təhlükəli manevrlər etdiyini görərək onu dayandırıblar. Sürücü ilə ilkin söhbət zamanı onun sərxoş vəziyyətdə olduğu məlum olub.

Sürücü dərhal avtobusdan kənarlaşdırılıb və tibbi müayinəyə aparılıb. Məlum olub ki, sərxoş halda avtobus idarə edən şəxs "Monella MMC"yə məxsus 142 nömrəli müntəzəm marşrutun sürücüsü Sadıqov Hamlet Əliqulu oğludur.

Sürücü bildirib ki, spirtli içkini evdə qəbul edib. O, izahatında sərxoş halda avtobus idarə etdiyini etiraf edib. Əməlindən peşman olduğunu bildirib.

Binəqədi rayon DYPŞ-də sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Nə düşünürsən?