Qəbələdə yanğınla nəticələnən avtomobil qəzası

  • 02.04.2021
  • 0

Qəbələ rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA TV-nin yerli bürosunun xəbərinə görə Qəbələ rayonunun Yenikənd kəndində "Chevrolet" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə zamanı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda salona keçib. Dərhal hadisə yerinə FHN Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?