Qazax, Tovuz və Ağstafada reyd keçirildi

  • 14.04.2021
  • 0

Qərb rayonlarında yol polisi reyd keçirib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 20-yə yaxın sürücü məsuliyyətə cəlb edilib. 

Ağstafada isə təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə bağlı reyd keçirilib. Reyd zamanı bir neçə nəfərin sürücülük hüququ olmadan avtomobil idarə etdiyi də müəyyən edilib. 

Ümumilikdə reydlər zamanı 15-dən artıq inzibati xəta aşkarlanıb. 

Tovuz polisi isə dayanma-durma, piyada keçidlərindən istifadə, piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsi məqsədilə reyd keçirib. 

Davam etdirilən tədbirlər nəticəsində həm piyadalara, həm də sürücülərə gün ərzində ümumilikdə 20-dən çox inzibati protokol tərtib edilib.

Nə düşünürsən?