Polis əməkdaşları Qubada reyd keçirdi

  • 18.04.2021
  • 0

Qubada koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Hazırda rayon polis şöbəsinin DYP əməkdaşları reyd keçirirlər. Reyd zamanı pandemiya qaydalarını pozan sürücü və sərnişinlər cərimə edilir.

Quba şəhərinin müxtəlif ərazilərində keçirilən reyd zamanı pandemiya qaydalarına əməl etməyən sürücü və sərnişinlər aşkar edildi. Həm sürücülər həm də sərnişinlərin tibbi maskadan istifadə etməməsi halları müəyyən olundu. Qayda pozuntusuna yol verən şəxslər barəsində Quba rayon DYP bölməsinin əməkdaşları tərəfindən protokol tərtib edildi.

Virusa yoluxma halının pik həddə çatdığı bir vaxtda qaydalara riayət etməyən şəxslər isə müxtəlif bahanələr gətirməklə özlərinə haqq qazandırmağa çalışır. Bununla belə polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanun çərçivəsində tədbir görüldü.

Pandemiya qaydalarını pozan sürücülərlə yanaşı reyd zamanı atmosferə normadan artıq zəhərli qaz buraxan nəqliyyat vasitələri eləcə də digər qayda pozuntusuna yol verən sürücülər cərimə edildi. Ümumilikdə reyd ərzində 100 nəfərə yaxın şəxs barəsində protokol tərtib olundu. Rayon polis şöbəsi və icra hakimiyyəti əməkdaşları isə ictimai iaşə obyeklətində pandemiya qaydalarına nəzarət məqsədi ilə reyd keçirib. Reyd zamanı bir sıra iaşə obyektlərində və marketlərdə pandemiya qaydalarının pozulması halları aşkar edildi. Aşkar edilən qayda pozuntuları ilə bağlı inzibati qaydada tədbir görüldu və izahat işi aparıldı.

Quba rayon polis şöbəsindən verilən məlumata görə, pandemiya dövrü ərzində reydlər davam etdiriləcək.

Nə düşünürsən?