Marşrut xətlərində dəyişiklik edildi

  • 27.02.2021
  • 0

Martın 1-dən 7a və 17 nömrəli avtobusların hərəkət sxemi fərqli olacaq
2021-Cİ il martın 1-dən etibarən 7A və 17 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Qeyd olunan tarixdən 7A marşrut xətti üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsiylə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcəklər. 17 marşrut xətti üzrə isə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metrostansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.

Onu da bildirək ki, marşrut xətlərində dəyişiklik çoxsaylı vətəndaşların müraciətləri nəzərə alınmaqla edilib.

Nə düşünürsən?