Lənkəranda avtomobil aşıb, ölən var

  • 17.11.2020
  • 0

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə bu gün səhər rayonun Darquba kəndi ərazisində aeroport yolunda baş verib. Belə ki, 99-LL-304 dövlət qeydiyyat nişanlı "KİA-Optima" markalı avtomobil rayonun Darquba kənd sakini, 26 yaşlı Elgün Hüseynağa oğlu Rəhimovu vurulub. Avtomobil isə idarəetməni itirərək yolun kənarına aşıb. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Hadisəyə çiskinli hava şəraitində sürət həddinin düzgün seçilmədiyinin səbəb olması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?