Kürdəmirdə avtomobil su kanalına aşdı

  • 23.03.2021
  • 0

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Kürdəmirdə ağır yol qəzası baş verib bir nəfər ölüb dörd nəfər xəsarət alıb.Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.Beləki,sürücü Ağsu rayon sakini 28 yaşı Cəfərov Səbuhi Mehman oğlu VAZ 2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 56 yaşlı Ağsu rayon sakini Cəfərova İrayə Cəfər qızı elə hadisə yerindəcə dünyasını dəyişib.Digər sərnişinlər Ağsu rayon sakinləri 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı,Qasımova Sona Rəhman qızı,6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

REAL