Göygöldə iki avtomobil toqquşdu

  • 09.06.2021
  • 0

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik avtomobili toqquşub.

Qəza zamanı 1957-ci il təvəllüdlü Hidayət İbrahimov və 1977-ci il təvəllüdlü Nazlı İbrahimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?