Göyçayda avtomobil yandı

  • 22.05.2021
  • 0

Göyçay rayonunda yük avtomobili yanıb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. 

Göyçay sakini Fariz İsmayılovun idarə etdiyi 99 CM 383 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısa qapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib. Yanğın zamanı sürücü xəsarət almasa da avtomobil yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb. Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti 20 dəqiqə ərzində dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.

Nə düşünürsən?