Goranboyda avtomobil kanala aşıb

  • 06.05.2021
  • 0

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Nə düşünürsən?