Gəncədə ağır yol qəzası: Ölən və yaralanan var

  • 14.05.2021
  • 0

Gəncə şəhərində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “BMW” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü Rəsul Musayev yerində ölüb. Sərnişin 1990-cı il təvəllüdlü Nahid Səyadov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?