Əllərini sükandan çəkib maşın sürdü

  • 29.05.2021
  • 0

Sükan arxasında təhlükəli hərəkətlər edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, 99-NG-598 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolda yüksək sürətlə hərəkətdə olan zaman əllərini sükandan çəkərək günəbaxan tumu çırtlayıb.  Digər görüntüdə yenə də əllərini sükandan çəkən sürücü həm rəqs edib, həm də bir əlində telefonu tutaraq özünü kameraya çəkib.

Sükan arxasında bu cür hərəkətlər yolverilməzdir. Baş verən əksər yol nəqliyyat hadisələrinin səbəbi sürücülərin sükan arxasında fikirlərinin yayınmasıdır. Çox təəssüf ki, insanlar bunu anlamağa çalışmırlar. Nəticədə isə sürücünün etdiyi əyləncəli səhv faciə ilə bitir.

Nə düşünürsən?