Bakıda bitməyən tıxac problemi

  • 27.05.2021
  • 0

Elə bir sürücü yoxdur ki, Bakıda tez-tez yaranan tıxaclardan əziyyət çəkməsin. Artıq tıxaclar bəzi insanların gündəlik həyat tərzinə çevrilib. Avtomobil yollarında yaranan tıxaclar nəqliyyat sektorunun ən ciddi problemlərindən biridir. Son illər yolların genişləndirilməsi, alternativ yolların salınması, yeraltı və yerüstü keçidlərin, eləcə də körpü və yolötürücülərinin inşa edilməsinə baxmayaraq, hələ də paytaxt yollarında tez-tez tıxaclara rast gəlinir.

Xüsusən də son bir neçə gündə paytaxtda baş tutacaq "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar, əsasən paytaxtın mərkəzi küçələrində süni sıxlıqlar və bəzən 1 neçə kilometrlik tıxaclarla qarşılaşırıq.

Pik saatlarda daha çox müşahidə olunan tıxacların yaranmasına isə bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Müşahidə olunan vəziyyətə görə gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları baş verir.

Bəs belə halların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Expertlər bildirir ki, yaranan tıxaclar avtomobillərə də mənfi təsir edir. Avtomobilin saatlarla işlək qalması benzin sərfiyyatına və xüsusən də köhnə avtomobillərin müxtəlif qurğularına ciddi təsirlər göstərir.

Qeyd edək ki, bu ilin 31 may tarixindən 8 iyun tarixinədək, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlər bağlanacaq və istiqaməti dəyişdiriləcək.

REAL

Nə düşünürsən?