Avtoxuliqanlıq edən şəxslər yaxalanıb

  • 20.04.2021
  • 0

Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb. 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, ayrı-ayrı vaxtlarda Tural Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011”, İbrahim Abbasov isə “VAZ-2106” markalı avtomobillərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri ediblər. 

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və barələrində tərtib olunmuş inzibati protokollar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.

Nə düşünürsən?