Avtoxuliqanlıq edən Astara sakini saxlanılıb

  • 09.04.2021
  • 0

Avtoxuliqanlıq edən Astara sakini həbs edilib. 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon sakini Ruslan Fərziyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Sürürdük gecə vaxtı, uşaqlarla çıxmışdıq. Bir az avtoxuliqanlıq hərəkətləri elədim. Saxladılar, saxlamadım, protiv girdim, sürdüm getdim. Sonradan məni saxladılar, gətirdilər bura”.

Avtoxuliqanlıq edən şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Nə düşünürsən?