''Aİ-92'' yoxsa ''Aİ-95'' markalı benzin?

  • 09.05.2020
  • 0

Azərbaycanda 95 aktan ədədli benzinin qiyməti ucuzlaşsada hələ də bir çox sürücü bu növ yanacaqdan istifadə etmək istəmir. Buna səbəb sürücülərin yanacağın oktan ədədi artırmağın avtomobilə ziyan verə biləcəyini düşünməsi və ya hələ də 20 qəpiklik fərqə görə qənaət etdiyini düşünməsidir. Mütəxəssislər isə sürücülərin premium markalı benzinlə daha çox qənaət edə biləcəyini və avtomobillərinin də hər zaman saz ola biləcəyini bildirirlər. 1 maydan etibarən Azərbaycanda ''Aİ-95'' maraklı yanacaq daha 10 qəpik ucuzlaşaraq, bir litri 1 manat, 10 qəpik olsa da hələ də bəzi sürücülər avtomobillərinə bu növ yanacağı tökməkdə tərəddüd edirlər. Mütəxəssislər isə sürücülərin narahatlığının əssasız olduğunu bildirir. Avtomabil ustası Sahil Ağabəylinin sözlərinə görə 1992 ci ildən sonra istehsal edilmiş bütün avtomobillərdə premium markalı benzin istifadə edilməlidir. Ustanın sözlərinə görə yalnız 2000-ci ildən əvvvəl istehsal edilmiş Rusiya istehsalı maşınlara premium benzindən istifadə tçvsiyyə edilmir. Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə isə sürücülər premium markalı yanacağla hətta daha çox qənaət edə bilərlər. Ustanın sözlərinə görə sürücülər premium markalı yanacağ isitfadə edərlərsə, avtomabilin yanacağla bağlı olan detallarınının istifadə müddəti də uzanar. bunun özü də bir növ qənaətdir.