20-yə yaxın sürücü cərimələnib

  • 17.04.2021
  • 0

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə reyd keçirilib.

Sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər zamanı, hərəkət iştirakçıları lə mütəmadi profilaktiki söhbətlər aparılır, onlara Yol Hərəkəti Haqqında Qanun tələblərinə riayyət etmələri töfsiyyə və tələb olunur.

Şəhər ərazisində baş verən qəzaların o cümlədən törədilən qayda pozuntuları araşdırılır və sürücülər o istiqamətdə maarifləndirirlir.

Keçirilən reyd zamanı sözügedən inzibati qayda pozuntusuna görə 20-yə yaxın sürücü barəsəsində protokol tərtib edilib.

REAL

Nə düşünürsən?