Əbülfəz Elçibəylə bağlı sensasion kadrlar:Gizli bağın yerini jurnalistlərə kim deyibmiş?

  • 20.05.2019
  • 0

Azərbaycanın eks  prezidenti  Əbülfəz  Elçibəyin  ölümündən  əvvəl  müəmmalı  şəkildə işdən  uzaqlaşması ilə bağlı  sensasion video yayılıb. 

Oxu24.com  xəbər  verir  ki, vaxtı ilə bununla bağlı  ANS telekanalında video yayımlanıbmış.Əbülfəz  Elçibəylə  son  müsahibəni   alan    müxbirin sözlərinə  görə, həmin  dövrdə   Əbülfəz  Elçibəyin "yoxa çıxması"  mətbuatın maraq  dairəsi  idi.   Əbülfəz   Elçibəyi   axtaran   ANS-in  əməkdaşı o  vaxtlar Əli Kərimlinin  köməkçisi  olan  İsaq  adlı  şəxsin  köməkliyi  ilə  eks  prezidentin  yerini  öyrənə  bilib.Müxbirin  sözlərinə görə, Elçibəyin ünvanını  ona  verən şəxs bu  məlumatın onlardan alındığını  heç kimə  deməməsini və  gizli  saxlamasını  tapşırıb. "Elçibəy Bilgəhdə, 777 nömrəli  bağdadır",deyib  və sağollaşmadan   dəstəyi  asıb. 

 Müxbir  çətinliklə də olsa,Ə.Elçibəyin  olduğu  bağı  tapıb. Əvvəlcə  mühafizəçilər  çəkilişə mane olsalar da  Əbülfəz Elçibəyin müdaxiləsindən sonra  müxbir  və operator evə  buraxılıb. Əbülfəz  Elçibəyin  müxbirə  dediyi  sözlər onu  düşünməyə  vadar  edib.
Elçibəy  ANS -in  müxbirinə "mənim  yerimi  sənə kim deyibsə, tək mənim yox, bu  millətin  düşmənidir"  deməsi onu  düşünməyə  vadar  edib.
İllərdir  gizli qalan həmin videonu təqdim edirik. Bu eks prezident Əbülfəz Elçibəyin sonuncu müsahibəsdiir.