Rəşad Dağlının oğlu medal qazandı

  • 13.10.2025
  • 0

Rəşad Dağlının oğlu karate üzrə çempion oldu

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov karate turnirində çempion adını qazanıb.

Bu barədə Yusif özü şəxsi “Instagram” hesabında məlumat paylaşıb. O, uğuruna görə məşqçilərinə və komanda yoldaşlarına təşəkkür edib.

Gənc idmançını təbrik etməyə Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev də gəlib. Ağayev paylaşımında bildirib ki, “qardaşımın balasının uğurunda yanında olmaqdan qürur duyuram”.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib.

İstintaqın yekununa əsasən, ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nə düşünürsən?