Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yeni il münasibətilə müəllimələrə hədiyyə göndərib. İlk baxışdan bu, yaxşı addımdır, lakin hədiyyənin nədən ibarət olduğunu öyrənən, bilən hər kəs qurumu kəskin qınayır.
Mediada AHİK-in bu hədiyyə paketlərinin hazırlanmasının daxili satınalma yolu ilə həyata keçirildiyi və artıq bir neçə ildir ki, eyni şirkətə sifariş verdiyi haqda məlumat yayılıb.
























