Qəza anı kamerada

  • Bu gün 11:42
  • 0

Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.

 

Bu barədə Oxu24.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

 

Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

 

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.