2014-cü il avqustun 29-da Füzulu İsgəndərovun böyük qızının toyu olur. Bəlkə də ömrünün ən xoş günlərinin birində, qızının toyundan cəmi 3 gün sonra, sentyabrın 1-i əvvəllər dövət xidmətinin rəis müavini vəzifəsində olan, sonradan biznes fəaliyyəti ilə məşğul olan Füzuli İsgəndərovun meyiti Bakıda, Babək prospektində yerləşən öz evinin birinci mərtəbəsindəki qarajında, maşının yanında, amansızcasına öldürülmüş şəkildə tapılır. Xalasıoğlu nazir, özü yüksək vəzifədə çalışmış, maddi baxımdan yetərincə imkanları olan Füzuli İsgəndərovun ölümü hər kəsi heyərtləndirir. Ona 20-dan çox bıçaq vurmuşdular. Elə ilk gündən müxtəlif versiyalar, müstəlif iddialar səsləndirilir. Beləcə istintaq gedir, qatil müəyyənləşmir. Xeyli müddət qatil azadlıqa, müstəntiqlərin, hüquq mühafizə orqanları əməkdaşlarının gözlərinin içinə baxa-baxa dolaşır. Nizami rayon prokurorluğundan alınaraq baş prokurorluğa gətirilən işdə kələfin ucu tapıldıqca hər kəs növbəti dəfə heyrətə düşür. Qatil elə bir adam idi ki, buna hələ də inanmayanlar və hələ də heyrətlənənlər var. 12 il əvvəl ölkə mətbuatını silkələyən, öz evində vəhşicəsinə öldürülən Füzuli İsgəndərovun dəhşətli cinayət işini və üstü film kimi açılmış qətli təqdim edirik. Bura TV11, adım Sərdar Amindir.
Davamı videomaterialda…






























