Axtarışda olan dələduz tutulub

  • 01.10.2021
  • 0

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanılqdıqdan sonra Əziz Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də müəyyən edilib. Onun analoji cinayətlər törətdiyi də istisna edilmir. 

Əgər Əziz Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Nə düşünürsən?