“Kim bic doğub, kim gic…” - Vəfa Şərifova qalmaqalı sosial şəbəkələri silkələdi
Son günlər müğənni Afət Fərmanqızı ilə Vəfa Şərifova qalmaqalı yenidən alovlanıb. Ad çəkmədən həmkarlarına od püskürən Fərmanqızı günlərdir medianın diqqətindən düşmür.
Yenisabah.az xəbər verir ki, bu dəfə bloger Samirə Məmmədzadə ifaçıya cavab verib. O, paylaşımında Vəfa Şərifovanın müdafiəsinə qalxıb:
“Afət Fərmanın qızı yenə ad çəkmədən açıqlamalar edir. Adını da qoyub “Afətlə doğrular”. Məni indi maraqlandırır, kimin sevgilisi var, kim bic doğub, kim gic doğub sənə nə? Müğənnisənsə, mahnılarını oxu, Allah sənə səs verib, get oxu!
“Afət ilə doğrular... Niyə insanlar sənə inanmalıdır? Hansı əməlinə görə? Sən bir azərbaycanlı qadınsan da, necə bir azərbaycanlı qadını belə danışa bilirsən? Ayıb nədir bilirsənmi?
Moskva əbədi deyil, əbədi vətəndir! Vətəninin pisi də, yaxşısı da vətənindir! Ayıbdır, olmaz bu qədər. Hər kəs hər şeyi gözəl bilir, adama deyərlər, sənə nə. Sənə cavab vermirləsə abırlarındandır, qorxudan deyil!”
O, paylaşımında həmçinin qeyd edib ki, Afət Fərmanının bəzi çıxışları insanlarda nifrət yaradıb:
“Deyirsən, Vəfa toyda qaranlıq otaqda oturdu, məni görüb gəlmirdi. Gör nə qədər insanlarda nifrət qazanmısan ki, səninlə bir masada oturmaqdansa, qaranlıqda oturmaq daha urvatlı gəlir”.
Sözügedən paylaşımı müğənni Vəfa Şərifova da özünün sosial şəbəkə hesabında yayımlayıb.
































