ABŞ hücuma keçdi

  • Bu gün 11:35
  • 0

Venesuelada atəş səsləri eşidilməkdə davam edir.

 

Oxu24.com   xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.

 

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib.

 

Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.