Yeni Sabah xəbər verir ki, müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalın toyu bu gün şəhər restoranlarından birində keçirilir və məclis yalnız kişilərin iştirakı ilə təşkil olunub.
Məlumata görə, ailə tədbiri qapalı formatda baş tutur və dəvət olunanlar arasında yalnız kişi qonaqlar yer alır. Bu gün keçirilən mərasim “kişi toyu” kimi planlaşdırılıb.
Qeyd edək ki, Şahmal ötən il Aytac adlı xanımla nişanlanıb. Cütlüyün ikinci toy mərasiminin isə ayın 27-də keçiriləcəyi və həmin gün qadın qonaqların da iştirak edəcəyi bildirilir.





























