Emin Ağalarovdan həyat yoldaşına təbrik

  • 07.08.2023
  • 0

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.

 

Yenisabah.az xəbər verir ki, o, xanımını doğum günü münasibətilə təbrik edib.  
Sənətçi həyat yoldaşı ilə birgə çəkilmiş fotolardan ibarət çoxsaylı görüntüləri paylaşaraq yazıb:


"Doğum günün mübarək, sevgim. Mən bacardığım qədər səni planetin ən xoşbəxt insanı etməyə çalışacağam! Sən möhtəşəmsən".

Qeyd edək ki, Ağalarov və Qavrilovanın toyu 2018-ci ildə keçirilib. Emin və Alyona cütlüyünün Afina adlı qızları var.

Alyona Qavrilova  Emindən əvvəl rusiyalı iş adamı, "Russkiy standart" holdinqinin sahibi Rüstəm Tariko ilə vətəndaş nikahında yaşayıb. Onların birgə nikahdan bir oğlu var.

Nə düşünürsən?