Meyiti banka gətirdi

  • 17.04.2024
  • 0

Braziliyada bankda ağlagəlməz hadisə baş verib.

Rio-de-Janeyro sakini əlil arabası ilə əmisinin meyitini bank filialına gətirib və onun adına   kredit götürməyə çalışıb. 

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Metro yazır.

 

Nəşrin məlumatına görə, Erika de Souza Vieira Nunezin davranışı dərhal şübhə doğurub.

 

O, ölmüş   qohumunun başını dik vəziyyətdə tutmağa  çalışıb.

 

De Souza Vieira Nunez 17 min real (300 min rubldan çox) almağa çalışıb. Lakin bank əməkdaşları əməliyyatdan imtina edərək hüquq-mühafizə orqanlarına zəng ediblər.

 

Qadın dələduzluqda şübhəli bilinir. Onun 68 yaşlı əmisinin ölüm səbəbi hələlik açıqlanmayıb.

 

Onun qardaşı  qızının himayəsində olduğu məlum olub.

 

Nigar

 

Nə düşünürsən?