Erməni əsgər minaya düşdü

  • 12.12.2017
  • 0

Ermənistanda mina partlayıb. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ermənistan sərhədinin şimal-şərq istiqamətində baş verib. Nəticədə Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Danielyan yaralanıb. Ermənistan müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, yaralı əsgərin vəziyyəti ağır qiymətləndirilir.

Nə düşünürsən?