Azərbaycanda yağ yenidən bahalaşdı?

  • 12.12.2017
  • 0

Dekabrın 7-də ölkəyə idxal olunan kərə yağının qiymətinin düşəcəyi barədə xəbərdarlıq yayılmışdı. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasıdır. Belə ki, indiyə qədər sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, bu mallar üçün tətbiq edilən rüsumlar bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Ölkə başçısı İlham Əliyevin də kərə yağının qiymətinin düşməsi ilə bağlı xüsusi tapşırığı var idi. Bəs, görəsən alıcılar qiymət düşməsini müşahidə ediblərmi? “Qafqazinfo”nun əməkdaşları məsələni araşdırmaq üçün topdansatış və pərakəndə ticarət mərkəzlərinə baş çəkiblər. Məlum olub ki, qiymətlərdə hələ dəyişiklik yoxdur, alıcılar iddia edir ki, əksinə, qiymətlərdə artım var. Topdansatış mağazasının satıcıları bildirir ki, kərə yağını bir ay bundan qabaq firmadan köhnə qiymətə götürüblər: “Biz mal və məhsulları bir aylıq götürürük. Yeni qiymətlərin necə olacağını isə bilmirik”.

Nə düşünürsən?