Putin Suriya ilə bağlı şok açıqlama verdi

  • 11.12.2017
  • 0

Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyadakı Hmeymim hərbi bazasına gəlib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, burada Kreml rəhbərini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və bu ölkədəki Rusiya hərbi birləşməsinin komandanı Sergey Surovikin qarşılayıblar. Hərbçilər qarşısında çıxış edən Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılması və daimi dislokasiya yerlərinə göndərilməsi barədə əmr verib. "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə o bildirib. Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik". Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.

Nə düşünürsən?