Sabah hava pisləşəcək

  • 11.12.2017
  • 0

Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. ETSN-dən APA-TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Nə düşünürsən?