Beyləqanda ağır qəza- ölən və yaralananlar var

  • 08.12.2017
  • 0

Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonunun Daşburun adlanan ərazisində "VAZ 2107” və "Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2107”-nin sürücüsü Xocavənd sakini, 1970-ci təvəllüdlü Cəbiyev Hüseynağa Ağarəzi oğlu hadisə yerində dünyasını dəyişib. "Mercedes”in sürücüsü və sərnişini ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisə araşdırılır.

Nə düşünürsən?