İsrail ordusu Qəzza zolağına zərbə endirib

  • 08.12.2017
  • 0

İsrail ordusunun tankı və təyyarəsi dekabrın 7-də Qəzza zolağında iki hərbi obyektə zərbələr endirib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Qəzza zolağından İsrail ərazisinə raket mərmisi buraxılıb. Buna cavab olaraq İsrail ordusunun tank və təyyarəsi bu ərazidə da iki hərbi postu məhv edib”, - məlumatda deyilir. Qeyd olunur ki, yəhudi dövlətinin silahlı qüvvələri Qəzza zolağından İsrailə qarşı həyata keçirilən istənilən düşmənçilik fəaliyyətində Fələstinin HƏMAS hərəkatını məsuliyyətli bilir.

Nə düşünürsən?