Bakı-Quba yolunda ağır qəza baş verdi- 3 ölü, 1 yaralı

  • 08.12.2017
  • 0

Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtoqəza zamanı “KamAZ“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb. Ölənlərin sıxışıb qaldıqları avtomobildən çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Əraziyə cəlb olunmuş nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri meyitləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Yol qəzasına yüksək sürətin səbəb olduğu ehtimal edilir. Təfərrüatlar araşdırılır.

Nə düşünürsən?