Nazpəri ilə Xatun arasında nə baş verir?

  • 07.12.2017
  • 0

Xalq artisti Nazpəri Dostəliyev “5/5” verilişinin qonağı olub. Oxu.Az axsam.az-a istinadən xəbər verir ki, proqram zamanı müğənnilərin mahnıları səsləndirilib və Dostəliyevadan onların kimliyi soruşulub. Nazpəri gənc sənətçiləri tənqid edib: “Yeni ifaçılardan tamamilə bixəbər deyiləm. Amma çox dinləməyə vaxt olmur. Gənclərin 80 faizinə qulaq asa bilmirəm. Ali təhsil ala bilmirlər, tez toyxanalara qaçırlar. Mahnıları düzgün təqdim etmirlər. Meyxananı çox sevirəm. Amma bizimkilər də meyxanaya qaçır, duet oxuyurlar. Çox istəyərdim ki, təhsil alsınlar. Sənətdə bir yer tutsunlar. Sonra pul özü gəlib onları tapacaq”. Xatun Əliyevanın və Vasif Əzimovun mahnısı səsləndirilən zaman isə Dostəliyeva əsəbiləşib və maraqlı reaksiya verib. O, Xatunun mahnısını yarımçıq kəsdirib: “Bunu tanımadım, heç tanımaq da istəmirəm. Başqa müğənni var? Tanıdığımın adını da demək istəmədim”.

Nə düşünürsən?