Dolma Azərbaycanın kulinariya növü kimi YUNESKO-ya daxil edildi

  • 06.12.2017
  • 0

Dolma Azərbaycana məxsus kulinariya növü kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Oxu.Az-nın məlumatına görə, bu barədə YUNESKO-nun saytında məlumat yer alıb. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “Twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib. Eyni zamanda, "Köçəri" rəqsi Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Nə düşünürsən?