Kaliforniyada fövqəladə vəziyyət elan edildi

  • 06.12.2017
  • 0

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Los-Ancelesin şimalındakı Ventura dairəsində geniş meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat qubernatorun rəsmi internet saytında yerləşdirilib. "Yanğınlar çox təhlükəli və tez yayılandır", - deyə qubernator vurğulayıb. O, hazırda evlərində olan yerli sakinlərin hər an təxliyyə edilməsinə hazır olduqlarını da qeyd edib. Genişmiqyaslı yanğınlar 180 kv. km sahəni əhatə edib. Ərazidən 27 mindən çox insan təxliyyə olunub. Yerli KİV-in məlumatına görə, yanğın 150 tikilini məhv edib. 205 mindən çox insan elektrik enerjisindən məhrum olub. Alovun söndürülməsində 1000-ə yaxın yanğınsöndürən iştirak edir. Qeyd edək ki, təkcə oktyabrda baş verən yanğınlar zamanı 43 insan ölüb. 10 minə yaxın tikili məhv olub və ya zərər çəkib.

Nə düşünürsən?