“Qarabağ” Çempionlar Liqasında son oyunda uduzdu

  • 06.12.2017
  • 0

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib. Oxu.Az-ın xəbərinə görə, səfərdə “Roma”nın qonağı olan Ağdam təmsilçisi minimal hesabla məğlub olub. Matçda yeganə qolu 53-cü dəqiqədə Diyeqo Perotti vurub. C qrupunda keçirilən paralel qarşılaşmada “Çelsi” və “Atletiko” 1:1 hesablı bərabərliyə qalıblar. Bu nəticələrdən sonra hərəyə 11 xal toplayan “Roma” və “Çelsi” müvafiq olaraq birinci və ikinci yerlərdən 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Yeddi xalla qrupda üçüncü olan “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcək. Qarabağ isə iki xalla C qrupunda sonuncu olub.

Nə düşünürsən?